AZ

Roma Papası: Bəzi ölkələr və xalqlar ədalət üçün aclıq və susuzluq yaşayır

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Vatikan, 21 sentyabr, AZƏRTAC

Bir çox ölkələrin və xalqların reallığı ondan ibarətdir ki, onlar ədalət üçün aclıq və susuzluq yaşayırlar. Çünki onların yaşayış şəraiti o qədər haqsız və qeyri-insanidir ki, bu, qəbuledilməzdir.

AZƏRTAC xəbər verir ki, bunu Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo deyib.

Pontifik Müqəddəs Pyotr Meydanına toplaşan təxminən 20 min nəfərdən ibarət izdiham qarşısında çıxışında gərginlik, zorakılıq və bərabərsizlikdən əziyyət çəkən dünyada ədaləti cəmiyyətin təməlində yerləşdirmək, ümumi rifahı təşviq etmək və ən həssas təbəqələri qorumaq üçün çağırış edib.

“Ədaləti həyata keçirəndə insan özünü tam və daimi fədakarlıqla fərdlərin, xalqın və dövlətin xidmətinə qoyur. Pislik yalnız cəzalandırılmamalı, həm də düzəldilməlidir. Ədalətin olmadığı dövlət dövlət deyil”, - deyə Roma Papası bildirib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
azertag.az

3Mənbələr