AZ

Netanyahu Misiri sülh müqaviləsini pozmaqda ittiham edib

İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Tramp administrasiyasından Misirin Sinay yarımadasında hərbi gücünü artırmasının qarşısını almağı xahiş edib.

APA xəbər verir ki, bu barədə "Axios" agentliyi bir ABŞ və iki İsrail mənbəsinə istinadla məlumat yayıb.

Netanyahu ABŞ Dövlət Katibi Marko Rubio ilə bazar ertəsi keçirilən görüşdə narahatlığını bölüşüb.

İsrail hakimiyyətinin fikrincə, Misirin Sinay yarımadasındakı hərbi mövcudluğunu artırması 1979-cu il sülh müqaviləsinin pozulması deməkdir.

Həmin müqavilənin təminatçısı ABŞ-dır.
Seçilən
9
3
sherg.az

4Mənbələr