Avropa İttifaqı hazırda Avropa hava limanlarına genişmiqyaslı və ya ciddi hücum əlaməti görmür.
"Report" xəbər verir ki, bu barədə "Reuters" Avropa Komissiyasının sözçüsünə istinadən məlumat yayıb.
Qeyd olunub ki, hadisənin səbəbi hələ də bəlli deyil və araşdırmalar davam edir.
Bundan əvvəl Brüssel Hava Limanı sentyabrın 19-da axşam saatlarında Brüssel də daxil olmaqla bir sıra Avropa hava limanlarına təsir edən kiberhücumun baş verdiyini bildirib.