Bakı. Trend:
Rumıniyanın cənubundakı Bistret gölünün böyük hissəsi quraqlıqvə yerli müəssisələrin sui-istifadəsi nəticəsində susuz qalıb.
Trend xəbər verirki, bu barədə “Digi24” məlumat yayıb.
Olteniya tarixi bölgəsindəki ən böyük göllərdən biriuzunmüddətli quraqlıq səbəbindən “çılpaq səhraya” çevrilib.
2200 hektar ərazini əhatə edən Bistret gölü 2007-ci ildənqorunan statusa malikdir və əvvəllər 135 quş növünə, o cümlədənqutanlar kimi nadir növlərə ev sahibliyi edirdi. Həmçinin gölkommersiya balıqçılığı üçün istifadə olunurdu.
Səlahiyyətlilər bildiriblər ki, gölün qurumasının əsas səbəblərihava şəraiti və yerli müəssisələrin, hətta qadağan olunduğudövrlərdə belə, suvarma üçün qeyri-qanuni su çıxarmasıdır. Jiu ÇayHövzəsi İdarəsi ən azı bir belə hadisənin qeydə alındığınıaçıqlayıb.
Yerli sakinlər gölün qurumasının nəticələrini fəlakətliadlandırırlar.