AZ

“Əsas məqsəd qələbə idi, biz buna nail olduq”

“Mançester Yunayted”in müdafiəçisi Lük Şou “Çelsi” üzərində 2:1 hesablı qələbədən sonra fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "Sky Sports" futbolçunun dediklərini belə çatdırıb.

“Matçdan əvvəl qələbə barədə çox danışdıq. Bu gün ən vacib olan məhz o idi. Görə bildiniz ki, biz qalib gəlmək üçün nə qədər istəkli idik. Bütün komanda əla müdafiə olundu və üç xal qazandığımız üçün çox şadıq. Oyuna çox yaxşı başladıq – kəskin və aqressiv. Fırsətlər yaratdıq və rəqibi cəzalandıra bildik. Nəticə barədə desək, mövsüm hələ əvvəlindədir. Hər şey yaxşı olacaq”

Qeyd edək ki, “Mançester Yunayted”in növbəti oyunu 27 sentyabrda Premyer Liqada səfərdə “Brentford”a qarşı olacaq.

Seçilən
4
90deqiqe.az

1Mənbələr