AZ

Balakəndən keçən çaylarda selə qarşı tədbirlər görülür - FOTOLAR

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan (ADSEA) Balakən Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi dağ çaylarında sel təhlükəsinin qarşısını almaq məqsədi ilə qabaqlayıcı tədbirlərini davam etdirir.

Bu barədə "Report"un Şimal-qərb bürosuna yerli istismar idarəsindən məlumat verilib.

Bildirilib ki, idarənin əsas vəzifələrindən biri də rayonun inzibati ərazisini, eyni zamanda kənd təsərrüfatına yararlı torpaq sahələrinin sel sularından mühafizə etməkdən ibarətdir.

Əlavə olunub ki, son günlər yağan intensiv yağışlar nəticəsində rayon ərazisindən axan Balakənçay, Katexçay və İnterçay çaylarında uyun səviyyəsi artıb və sel təhlükəsi yaranıb. Bu məqsədlə idarənin ağır texnikaları adıçəkilən çaylara cəlb olunub, qabaqlayıcı tədbirlər görülüb.

O da qeyd olunub ki, növbəti günlərdə yağıntıların intensivləşəcəyi nəzərə alınaraq texnikalar çayların yaşayış məntəqələrinin ətrafında saxlanılır.

"Cebheinfo.az" 

Seçilən
13
3
cebheinfo.az

4Mənbələr