AZ

“Yuventus” “Verona” ilə heç-heçə etdi

İtaliya A Seriyasının IV turunda “Verona” doğma meydanda “Yuventus”u qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, “Markantonio Bentegodi” stadionunda keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Oyun Antonia Rapuano başçılıq etdiyi hakimlər briqadası tərəfindən idarə olunub.

19-cu dəqiqədə portuqaliyalı hücumçu Şiku Konseysau “Yuventus”u önə çıxarıb. Ev sahibləri isə 44-cü dəqiqədə nigeriyalı forvard Gift Orbanın penalti qolu ilə hesabı bərabərləşdirib. 68-ci dəqiqədə Suat Serdar ikinci qolu vurub, lakin epizod VAR tərəfindən ləğv olunub.

Bu nəticədən sonra “Yuventus”un xalı 10-a yüksəlib və Turin təmsilçisi turnir cədvəlinin lideri olub. “Verona” isə 4 oyundan sonra 3 xalla 15-ci pillədə qərarlaşıb.

Seçilən
13
90deqiqe.az

1Mənbələr