AZ

Valdas Dambrauskas: "Ən xoşbəxt baş məşqçiyəm"

"Bu qalibiyyəti əldə etmək üçün çox çalışdıq".

İdman.biz xəbər verir ki, bu sözləri Misli Premyer Liqasında "Turan Tovuz"la oyundan sonra "Sabahın baş məşqçisi Valdas Dambrauskas deyib.

Qarşılaşma 2:0 hesabı ilə "Sabah"ın xeyrinə qurtarıb.

"Rəqib müdafiə cəhətdən çox yaxşı təşkil olunmuş komandadır. Ona görə də bizim qələbəmiz daha anlamlı olur. Onlar bizim qapımızda təhlükəli vəziyyət yarada bilmədilər. Bu amil bizim üçün sevindiricidir. Qələbə qazanmağımıza baxmayaraq daha çox inkişaf etməliyik. Bəzi nöqtələrdə çatışmazlıqlarımız var. Mövqe hücumlarında daha da artırmalıyıq. Demək olar ki, mən ən xoşbəxt baş məşqçiyəm. Çünki hər oyunçum öz üzərində daha çox inkişaf etmək istəyir", - baş məşqçi deyib.

İdman.biz

Seçilən
11
1
idman.biz

2Mənbələr