AZ

Xabi Alonso, Arda Gülər haqqında ayrıca danışıb

İspaniya La Liqasının 5-ci tur matçında öz meydanında “Espanyol”u 2:0 hesabı ilə məğlub edən “Real Madrid”də baş məşqçi Xabi Alonso qələbədən sonra, bu mövsüm ilk dəfə ehtiyat oyunçular skamyasından oyuna daxil olan Arda Gülər haqqında danışıb.

Sherg.az xəbər verir ki, "Santiaqo Bernabeu" stadionunda keçirilən qarşılaşmada meydan sahibləri 22-ci dəqiqədə Eder Militaonun qolu ilə önə keçib.

İkinci hissəyə sürətli başlayan “Real Madrid”, 47-ci dəqiqədə Kylian Mbappénin qolu ilə hesabı 2:0 edib və görüşdən qalib ayrılıb.

Bu mövsüm ilk dəfə ehtiyat oyunçu kimi matça başlayan Arda Gülər 61-ci dəqiqədə Qonzalonun əvəzinə meydana daxil olub.

Lider “Real Madrid” 15 xalla məğlubiyyətsiz seriyasını davam etdirir. İlk məğlubiyyətini yaşayan “Espanyol” isə 10 xalla 3-cü yerdədir.

Matçdan sonra qələbəni dəyərləndirən Xabi Alonso, Arda Gülər haqqında ayrıca danışıb:

Son zamanlar yüksək formada olan Mbappé barədə Alonso belə deyib:

“Mbappé futbolu çox yaxşı anlayır. Ona nəyi etməli olduğunu desəniz, yerinə yetirəcək. Bu gün rolunu çox yaxşı oynadı. Bu dəfə bir az fərqli idi, ikinci hücumçu kimi çıxış etdi.”

Arda Gülər barədə isə Alonso belə danışıb:
“Bellingem və Arda Gülər çox oxşar mövqelərdə oynayırlar, amma birlikdə də oynaya bilərlər. Arda arxadan bağlantı qura bilər, Jude isə daha ön mövqedədir.”
Seçilən
0
1
sherg.az

2Mənbələr