AZ

Balakəndən keçən çaylarda selə qarşı tədbirlər görülür

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan (ADSEA) Balakən Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi dağ çaylarında sel təhlükəsinin qarşısını almaq məqsədi ilə qabaqlayıcı tədbirlərini davam etdirir.

Bu barədə Demokrat.az-a yerli istismar idarəsindən məlumat verilib.

Bildirilib ki, idarənin əsas vəzifələrindən biri də rayonun inzibati ərazisini, eyni zamanda kənd təsərrüfatına yararlı torpaq sahələrinin sel sularından mühafizə etməkdən ibarətdir.

Əlavə olunub ki, son günlər yağan intensiv yağışlar nəticəsində rayon ərazisindən axan Balakənçay, Katexçay və İnterçay çaylarında uyun səviyyəsi artıb və sel təhlükəsi yaranıb. Bu məqsədlə idarənin ağır texnikaları adıçəkilən çaylara cəlb olunub, qabaqlayıcı tədbirlər görülüb.

Seçilən
12
3
demokrat.az

4Mənbələr