ABŞ Prezidenti Donald Tramp bildirib ki, Venesuela öz vətəndaşlarını, ABŞ-dan deportasiya olunan şəxsləri dərhal qəbul etməlidir, əks halda nəticələrdən qaça bilməyəcək.
AFN.az xəbər verir ki, o bu barədə "Truth Social"da yazıb. Onun sözlərinə görə, ABŞ istəyir ki, Venesuela bütün həbsxana və psixiatrik xəstəxanalardakı şəxsləri dərhal qəbul etsin. Tramp qeyd edib ki, bu şəxslər Venesuela rəhbərliyi tərəfindən ABŞ-a göndərilmiş və minlərlə insana ciddi zərər vermiş, adam öldürmüş şəxslərdir. “Onları dərhal ölkəmizdən götürün, yoxsa çox yüksək qiymət ödəyəcəksiniz” - deyə Tramp əlavə edib.
ABŞ əvvəllər də Venesuelaya deportasiya olunmuş vətəndaşları qəbul etməyi tələb edib və imtina halında yeni sanksiyalar tətbiq etməklə hədələmişdi. Ağ Ev hesab edir ki, Venesuela hökuməti transmillət cinayətkar qrup "Tren de Aragua"nın üzvlərini ABŞ-a göndərirmiş.