Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatında bu gün final görüşləri keçirilib.
Offsideplus.az xəbər verir ki, əvvəlcə 72 kq. çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçimiz Ülvü Qənizadə həlledici qarşılaşmaya çıxıb. Final görüşündə fransalı rəqibi İbrahim Qanemə 4:2 hesabıyla qalib gələn Ülvü titulunu qoruyub və yenidən dünya çempionu olub.
Murad Əhmədiyev isə 97 kq.-da bürünc medal uğrunda mübarizə aparıb. Güləşçimiz xalların keyfiyyətinə görə macarıstanlı Aleks Sokeyə (5:5) qalib gələrək dünya çempionatında bürünc medala yiyələnib.