AZ

Misli Premyer Liqası: “Sabah iki cavabsız qolla qalib gəlib

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 20 sentyabr, AZƏRTAC

Futbol üzrə Misli Premyer Liqasında V turun daha iki oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, ilk matçda "Kəpəz" "Qəbələ"nin qonağı olub.

Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Günün ikinci görüşündə "Sabah" "Turan Tovuz"u qəbul edib. Bakı klubu 2 cavabsız qolla qalib gəlib.

Bu nəticədən sonra “Turan Tovuz” 9 xalla 4-cü, “Sabah” 7 xalla 5-ci, “Qəbələ” 4 xalla 9-cu, xalı olmayan “Kəpəz” isə sonuncu - 12-cidir.

Qeyd edək ki, tura sentyabrın 21-də yekun vurulacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
6
azertag.az

7Mənbələr