AZ

Makron Salmanla danışdı: Mühüm müzakirə aparıldı...

Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron sosial şəbəkə hesabında yazıb.

Makron və Salman 142 ölkə tərəfindən İsrail və Fələstin üçün iki dövlət yaradılmasına dair Nyu York bəyannaməsinin qəbulunu müzakirə ediblər.

“Bəyannamənin qəbulu Yaxın Şərqdə davamlı sülh və təhlükəsizliyə gedən yolun planlaşdırılmasında dönüş nöqtəsi oldu”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı və Fransa 22 sentyabrda Nyu Yorkda keçiriləcək iki dövlətli həll yolu konfransına həmsədrlik edəcəklər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
2
axar.az

3Mənbələr