AZ

ABŞ Latviya, Litva və Estoniyaya hərbi yardımı azaltmağı planlaşdırır - KİV

ABŞ Latviya, Litva və Estoniyaya hərbi yardımı azaltmağı planlaşdırır - KİV

Pentaqon nümayəndələri Avropadakı müttəfiqlərə hərbi yardımın azaldılması planlarını açıqlayıb

Pentaqon nümayəndələri avqustun sonunda Avropadakı müttəfiqlərə – Latviya, Litva və Estoniyaya verilən hərbi yardımın azaldılması planlarını bildiriblər.

AFN.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Bildirilir ki, bu planlar barədə məlumatı Pentaqonun Avropa və NATO məsələlərinə cavabdeh müavini Devid Beyker təqdim edib. O bildirib ki, Avropa müttəfiqləri ABŞ-dan müdafiə sahəsində daha az asılı olmalıdır. Beyker əlavə edib ki, Tramp administrasiyası ABŞ təhlükəsizliyini təmin etməyə və digər prioritetlərə fokuslanacaq.

Ağ Ev nümayəndəsi isə qeyd edib ki, Latviya, Litva və Estoniya dünyanın ən varlı ölkələri arasında yer alır və istəsələr bu proqramları maliyyələşdirə bilərlər.

Materialda həmçinin Vaşinqtonda fəaliyyət göstərən bəzi Avropa diplomatlarının sözlərinə istinad olunur: onlar Trampın Rusiya ilə bağlı tez-tez dəyişən bəyanat tonundan yorulduqlarını vurğulayıblar.

Seçilən
7
afn.az

1Mənbələr