Son PUA insidentlərindən sonra Polşa və Rumıniya Türkiyənin Merops elektro-optik sistemindən istifadə etməyi planlaşdırır.
Operativ Media xəbər verir ki, bu barədə DPA xəbər agentli məlumat yayıb.
Bildirilir ki, sistem üzrə təlimlərin tezliklə başlanması gözlənilir .
Agentlik qeyd edir ki, bu sistemin işlədilməsi üzrə təlimlərin Ukraynanın dəstəyi ilə təşkili planlaşdırılır. Bu istiqamətdə ilk addımların gələn həftənin əvvəlində atılacağı gözlənilir.