AZ

Gəncədə inək şirniyyat mağazasına hücum çəkib - YARALI VAR - VİDEO

“Tesla” şirkəti Avstraliyada quraşdırılmış “Powerwall 2” ev batareyalarını yanğın təhlükəsi səbəbilə geri çağırıb. Avtosfer.az Valyuta.az-a istinadən xəbər verir ki, Avstraliya Rəqabət və İstehlakçı Komissiyasının açıqlamasına görə, bəzi qurğularda baş verən yanğınlar nəticəsində cüzi əmlak ziyanı qeydə alınıb, xəsarət alan olmayıb. Məlumata görə, geri çağırma ABŞ-də istehsal olunaraq 2020-ci ilin noyabrı - 2022-ci ilin iyunu arasında Avstraliyada satılmış batareyalara şamil edilir. 
Şirkət bildirib ki, nasaz qurğular pulsuz əvəzlənəcək, enerji qənaətində yaranan itkilərlə bağlı kompensasiya isə fərdi qaydada nəzərdən keçiriləcək.

Seçilən
25
avtosfer.az

1Mənbələr