AZ

2025-ci ilin “Qızıl topu”nu Ronaldinyo təqdim edəcək


2025-ci ilin “Qızıl topu”nu mövsümün ən yaxşı oyunçusuna “Barselona”, ​​PSJ, “Milan” klublarının və Braziliya millisinin keçmiş üzvü Ronaldinyo təqdim edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə COPE jurnalisti Dani Xil “X” sosial media səhifəsində məlumat verib.
Mənbənin məlumatına görə, tədbiri təşkil edən “France Football” jurnalı Ronaldinyonu bu rola “Qızıl top”u qazanmasının 20 illiyi şərəfinə seçib.
Qeyd edək ki, bu  il “Qızıl top” tarixdə dördüncü dəfə təqvim ilinə görə deyil, mövsümün nəticələrinə görə (2024-cü il avqustun 1-dən 2025-ci il iyulun 13-dək) ​​təqdim olunacaq.
Seçilən
0
yeniavaz.com

1Mənbələr