AZ

ABŞ "TikTok" üzrə Çinlə razılaşmaya 100 faiz əmindir

ABŞ "TikTok" üzrə Çinlə razılaşmaya 100 faiz əmindir

ABŞ "TikTok" üzrə Çinlə razılaşmanı yaxın günlərdə imzalamağa hazırdır

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib.

Levittin sözlərinə görə, razılaşmada platformanın böyük hissəsi amerikalılara məxsus olacaq, idarə heyətində isə yeddi yerin altısı ABŞ nümayəndələrinə veriləcək. Şəxsi məlumatların qorunması və saxlanması ABŞ-ın texnologiya nəhəngi Oracle tərəfindən idarə olunacaq, sosial şəbəkənin algoritmləri də ABŞ nəzarətində olacaq.

Prezident Donald Tramp 19 sentyabrda Çin lideri Si Cinpinlə telefon danışığından sonra "TikTok" məsələsində irəliləyiş olduğunu bildirib. Tramp əlavə edib ki, platformanın satışı üzrə işlər artıq başlayıb.

Seçilən
18
afn.az

1Mənbələr