72 kq çəki dərəcəsində çıxış edən 26 yaşlı Ülvi Qənizadə finalda fransalı İbrahim Qanemi 4:2 hesabı ilə məğlub edərək yunan-Roma güləşi üzrə növbəti dəfə dünya çempionu olub.
Apasport.az xəbər verir ki, bu, Ülvinin Qanem üzərində ardıcıl ikinci qələbəsidir.
Ötən il Tiranada keçirilən dünya çempionatının finalında da güləşçimiz fransalı rəqibini məğlub etmişdi.
Qeyd edək ki, Ülvi Qənizadə 2022-ci ildə Belqradda keçirilən dünya çempionatının finalında türkiyəli Əli Arsalana uduzaraq gümüş medal qazanmışdı. O, həm də 2023-cü ilin Avropa çempionudur.
Güləşçimiz erməni rəqibinə qalib gəldi - TARİXDƏ İLK DƏFƏ - VİDEO
Daha 3 təmsilçimiz mübarizəyə qoşulur
Eldəniz Əzizli üçün DÇ-də bürünc medal şansı
4 güləşçimiz mübarizəyə qoşulur
Nurməhəmmədovdan bürünc medal