GlobalInfo saytına istinadən ain.az xəbər verir.
Yüksək rütbəli rusiyalı məmurlar NATO üzvü olan Finlandiyaya qarşı Kreml tərəfindən razılaşdırılan təhdid kampaniyası aparırlar.
Globalinfo.az xəbər verir ki, bu barədə Vaşinqtonda yerləşən Müharibənin Öyrənilməsi İnstitutu (ISW) xəbərdarlıq edib.
“Yüksək rütbəli Kreml rəsmiləri son həftələrdə Finlandiyaya qarşı təhdidlərini gücləndiriblər. Üstəlik bu, Ukraynaya təcavüzlə bağlı yalan əsaslandırmalar fonunda baş verir. Yəni Kreml rəsmiləri Finlandiyaya qarşı da bu ritorikadan istifadə edirlər. Ssenari eynidir, Finlandiyaya qarşı informasiya siyasətində də Ukrayna metodundan istifadə olunur”, – ISW bəyanatında vurğulanıb.
Əliyar Xəlil
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.