AZ

“Saatlarla liftdə qalmışam, ürəyim gedib” Video

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

“Köhnə lifti təmir edib, yeni adı ilə quraşdırıblar. Saatlarla liftdə qalmışam, ürəyim gedib”.

“Qafqazinfo” xəbər verir ki, bu iddianı Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasının sakini Rəsmiyyə Məmmədova səsləndirib.

Sakinlər bildiriblər ki, lift normal işləmədiyi üçün saatlarla onun içərisində qalan olub.

İstifadə edənlər deyirlər ki, gecə-gündüz liftdə qalan adamların köməyinə özləri qaçmalı olurlar. Çünki aiddiyəti təşkilata edilən zənglər cavabsız qalır.

Məsələ ilə bağlı “Lifttəmir” İstehsalat Birliyindən bildirilib ki, sakinlərin iddiaları həqiqəti əks etdirmir.

Sözügedən lift 2007-ci il istehsalıdır. Orada sadəcə profilaktik təmir aparılıb, paslanmış qapı rənglənib. Hazırda lift işlək vəziyyətdədir. O da qeyd olunub ki, dünən istisna olmaqla, başqa vaxt İdarəyə hansısa vətəndaşın bir neçə saat liftdə qalması barədə məlumat daxil olmayıb:

“Dünən həmin liftdə saat:18-05-də liftdə qalan olub, 18-23-də qonşusu tərəfindən çıxarılıb. O vaxtdan bəri də lift işlək vəziyyətdədir. O ki qaldı köhnə liftin yenisi ilə əvəzlənməsinə, bu, növbəti mərhələlərdə qrafik əsasında həyata keçiriləcək”.  

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
2
qafqazinfo.az

3Mənbələr