AZ

“Dedim ki, məni göndərmək başın üçün deyil”

Xəbər verdiyimiz kimi, “Kəpəz”- “Qəbələ” matçından sonra “Kəpəz”in baş məşqçisi Adil Şükürovla azarkeşlər arasında gərgin anlar yaşanıb.

"Cebheinfo.az" xəbər verir ki, Adil Şükürov baş verən hadisəni oyun sonrası keçirilən mətbuat konfransında belə şərh edib:

Azarkeşin üstünə getmədim. Tərbiyəsizlik etdilər, onun cavabını verdim. Çünki tərbiyəsizlik insana təsir edir. İnsanlar şəxsi məsələlərə toxunmamalıdır. Kimin hara gedəcəyinə rəhbərlik qərar verir. Etikadan kənara çıxmaq olmaz. Bir az diqqətli olmalıdırlar. Azarkeşə dedim ki, məni harasa göndərmək sənlik deyil, sənin başın üçün deyil. İstefaya göndərilməyim realdır. Yəqin ki, sağollaşacağıq”.

 

"Cebheinfo.az" 

Seçilən
22
1
cebheinfo.az

2Mənbələr