AZ

Makron Fələstinin tanınması qərarını yəhudilərdən belə qoruyur Özü açıqladı

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Fransa prezidenti Emmanuel Makron Fələstin dövlətçiliyinin tanınması planlarını açıqlamazdan əvvəl bu addımın ölkədə yarana biləcək antisemitizm təzahürlərini konpensasiya etmək qərarına gəlib.

Globalinfo.az xəbər verir ki, bu məqsədlə Makron hökumətin qətiyyətli reaksiyası barədə xəbərdarlıq edib.

“Fransa yəhudilərinin narahatlığından xəbərim var. Antisemitizmə və onun yeni formalarına qarşı məhkəmə reaksiyasını təkmilləşdirmək üçün Ədliyyə nazirinə göstəriş vermişəm. Antisemitizm aktlarına görə məsuliyyət daşıyanların müəyyən edilməsi və ciddi şəkildə cəzalandırılması üçün mütləq sayıqlıq və təcili tədbirlər görmək lazımdır”, – Makron vurğulayıb.

Məlumat üçün bildirək ki, Fransada keçirilən Elabe sorğusunun nəticələrinə görə, respondentlərin 53%-i Fələstinin tanınmasını dəstəkləyir, 47%-i isə prezidentin mövqeyi ilə razı deyil.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
globalinfo.az

1Mənbələr