AZ

Okon Bakıda sıralama turundan diskvalifikasiya olunub

“Alpine” pilotu Esteban Okon Azərbaycan Qran-Prisinin sıralama turundan sonra texniki qaydaların pozulmasına görə nəticələrdən çıxarılıb.

90deqiqe.Az-ın "FIA"ya istinadən məlumatına görə, fransalı sürücünün avtomobilindəki arxa qanad elastiklik testindən keçməyib və norma limitlərini aşdığı müəyyən edilib. Bu səbəbdən Okon sabahkı yarışa sonuncu yerdən start verəcək.

Sıralama turunda Okon 18-ci yerdə qərarlaşıb, yalnız “Alpine”dən Pyer Qasli və “Villiams”dan Alex Albonu qabaqlayıb.

Xatırladaq ki, Bakıda sıralama turunun qalibi dördqat dünya çempionu, “Red Bull” pilotu Maks Verstappen olub. Sabahkı əsas yarışda onun yanında ilk sırada “Villiams” sürücüsü Karlos Sayns yer alacaq.

Seçilən
22
1
90deqiqe.az

2Mənbələr