ain.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.
İnsanlıq tarixinin ən böyük fəlakətlərindən biri olan II Dünya müharibəsi 85 milyona yaxın insanın həyatına son qoyub. Türkiyə müharibəyə qoşulmayan 6 ölkədən biri olsa da, 1942-ci ilin martında Muğlanın Milas rayonu gecə yarısı ağır bombardmana məruz qalıb.
Qaynarinfo xəbər verir ki, 14 martı 15 mart 1942-ci ildə, gecə saat 00:55 radələrində Almaniya bayraqları daşıyan üç təyyarə Milasın Topbaşı məhəlləsinə 15 bomba atıb və ərazini pulemyotlarla atəşə tutub. Rəsmi məlumatlara görə, hücum nəticəsində bir nəfər həlak olub, bir nəfər yaralanıb, 25 ev və çoxlu torpaq sahəsi dağılıb. Hərbi əməliyyat davam etməyib və hücumun səbəbi uzun müddət aydınlaşdırıla bilməyib.
"Yanlışlıqla bombaladıq" açıqlaması
Araşdırmalar zamanı istifadə olunan bombaların Alman mənşəli olduğu, lakin Britaniya ordusuna keçdiyi və təyyarələrin də alman təyyarəsi kimi rəngləndiyi müəyyənləşdirilib. Dörd gün sonra, 19 martda Britaniya səfirliyi "Rodos adasını bombalamaq üçün havalanan üç təyyarənin pis hava şəraitinə görə səhvən Milası vurduğunu" açıqlayıv və zərərin kompensasiya ediləcəyini bildirib. Lakin Rodosla Milas arasında 100 kilometrlik məsafə olması və hər üç pilotun eyni anda istiqaməti səhv salması izahı inandırıcı hesab edilməyib.
Təsadüf, yoxsa gözdağı?
Tarixçilərə görə, bu hücum təsadüfi olmayıb. Türkiyə müharibədə neytral mövqe saxlayırdı və Almaniyaya xüsusilə xrom mədənləri ixrac edirdi. Bu vəziyyətdən narahat olan və Türkiyəni müttəfiqlər tərəfində müharibəyə cəlb etmək istəyən Britaniyanın hücumu məqsədli şəkildə həyata keçirdiyi iddia olunur. Hücumda həlak olan şəxsin sursat gözətçisi, dağıdılan yerlərdən birinin isə mühüm sursat anbarı olması da şübhələri artırıb.
Yerli əhali qorxu içində
Bombardmandan sonra Milas əhalisi gecələr uzun müddət işıqları söndürərək "qaraltma” tətbiq edib. Britaniya sonradan 25 binanın və tarlaların ziyanına görə 20 min 600 lirə, ölən şəxs üçün isə 1500 funt-sterlinq ödəmə edib. Ardınca Ula və Milasda Britaniya üçün Rodos yaxınlığında yerləşəcək iki hərbi hava limanı tikilib. Tarixi mənbələrdə qeyd olunur ki, Ankara hökuməti bu planlara əvvəlcə razılıq vermədiyi üçün Milas bombardmanı bir növ "gözdağı” məqsədi daşıyıb.
Aydın
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.