AZ

Azərbaycan badmintonçuları III MDB Oyunlarına Astarada hazırlaşırlar

Bakı, 20 sentyabr, AZƏRTAC

Azərbaycan Badminton Federasiyasının baş katibi Ramil Hacıyev Astara Olimpiya İdman Kompleksində III MDB Oyunlarında ölkəmizi təmsil edəcək yeniyetmə oğlan və qız badmintonçularımızın hazırlıq prosesini izləyib.

Federasiyadan AZƏRTAC-a bildirilib ki, yığma baş məşqçi Morteza Validarvi, məşqçilər Cavanşir Əlizadə və Yevgeniy Poçtaryovun rəhbərliyi altında MDB Oyunlarına hazırlıqlarını davam etdirir.

Qəbələ Olimpiya İdman Kompleksində 5 kateqoriya üzrə keçiriləcək badminton yarışlarında ölkəmiz 18 idmançı ilə təmsil olunacaq. 10 qız və 8 oğlan badmintonçu ölkəmizin ev sahibliyi edəcəyi mötəbər yarışda Azərbaycanı təmsil edəcək.

Baş katib Ramil Hacıyev idmançılarla görüşdə MDB Oyunlarında iştirakın yeniyetmə badmintonçulara beynəlxalq təcrübə qazanmaq baxımından faydalı olacağını vurğulayıb.

Milli komandanın baş məşqçisi Morteza Validarvi isə çıxışında 3-cü MDB Oyunlarına hazırlıqların plan üzrə getdiyini və bu turnirdə uğurlu nəticələr əldə etmək üçün əllərindən gələni edəcəklərini qeyd edib.

Badminton yarışları Qəbələ şəhərində sentyabrın 30-dan oktyabrın 5-dək keçiriləcək.

Seçilən
9
azertag.az

1Mənbələr