Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatı sona yaxınlaşır.
Xalqcebhesi.az xəbər verir ki, yarışın səkkizinci günündə yunan-Roma güləşi üzrə 60, 67 və 87 kiloqramlarda mübarizəyə start verilib. Murad Məmmədov (63 kiloqram) startda qırğızıstanlı Bayaman Kərimova 8:5 hesabı ilə qalib gəlib. Güləşçimiz növbəti görüşdə son saniyələrdə işlətdiyi fəndlə türkiyəli Kərəm Kamalı üstələyərək (5:3) adını 1/4 finala yazdırıb. Ancaq bu mərhələdə iranlı Mohammad Keştkara uduzub – 0:8.
Həsrət Cəfərov (67 kiloqram) venesuelalı Neyser Hidalqoya və avstraliyalı Tsuçika Şimoyamadaya 9:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. Bu mərhələdə ermənistanlı Slavik Qalstyandan güclü olan (4:3) Həsrət yarımfinalda qırğızıstanlı Razzak Beyşekeyevlə qarşılaşıb və 3:1 hesablı qələbə ilə yenidən dünya çempionatının finalına vəsiqə qazanıb. Cəfərov sabah həlledici qarşılaşmada iranlı Olimpiya, dünya və Asiya çempionu Səid Esmaili ilə üz-üzə gələcək.
İslam Abbasov (87 kiloqram) belaruslu Stanislav Şafarenkanı (UWW) tam üstünlüklə (8:0) mübarizədən kənarlaşdırsa da, 1/8 finalda qırğızıstanlı Asan Janişova 3:4 hesabı ilə məğlub olub.