AZ

HƏMAS israilli girovların "VİDA FOTOLARI"nı YAYDI

HƏMAS

HƏMAS İsrail ordusunun Qəzza şəhərində başlatdığı hərbi əməliyyat fonunda əsirlikdə qalan 47 israillinin fotolarını yayımlayıb və onlarla vidalaşmağa çağırıb.

Publika.az xəbər verir ki, fotolar Fələstinin radikal hərəkatının hərbi qanadı olan "Əl-Qəssam Briqadaları"nın "Telegram" kanalında yayımlanıb.

“Netanyahunun barışmazlığı və Zamirin itaətkarlığı səbəbindən Qəzzadakı əməliyyatın başlanğıcında vida üçün foto çəkilib”, - paylaşımda deyilir.

Sentyabrın 20-də İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon bildirib ki, ölkənin baş naziri yaxınlaşan görüşdə ABŞ prezidenti Donald Trampla Qəzza zolağındakı mövcud hərbi fəaliyyətlər barədə danışmağı planlaşdırır. Onun sözlərinə görə, Netanyahu təzyiqi artırmaq niyyətindən bəhs edəcək və İsrail hakimiyyəti ümid edir ki, bu, girovların azad olunmasına gətirib çıxaracaq.

Seçilən
29
1
xalqcebhesi.az

10Mənbələr