AZ

Azərbaycan ilə Ruanda arasında əlaqələr genişlənirVİDEO

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Ruanda Respublikasının Prezidenti Pol Kaqamenin sentyabrın 20-də Bakıda rəsmi qarşılanma mərasimi olub.

Xezerxeber.az xəbər verir ki, rəsmi qarşılanma mərasimindən sonra İlham Əliyevin Pol Kaqame ilə təkbətək görüşü olub.

Sentyabrın 20-də həmçinin Azərbaycan və Ruanda prezidentlərinin nahar əsnasında geniş tərkibdə görüşü olub.

Sonra Azərbaycan Respublikası ilə Ruanda Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Ruanda Prezidenti Pol Kaqamenin iştirakı ilə mübadiləsi mərasimi olub. Mərasimdə Azərbaycan və Ruanda prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
17
xezerxeber.az

1Mənbələr