AZ

"Bir çox şeylərdə futbolçularla ortaq məxrəcə gələ bilmirik" - Adil Şükürov

“Kəpəz” “Qəbələ”yə də məğlub oldu.

“Football-plus.az” xəbər verir ki mətbuat konfransına çıxan Adil Şükürov komandadan ayrıldığını bildirib.

- “Qəbələ”ni təbrik edirəm. Layiqli qələbə qazandılar. Bir çox şeylərdə futbolçularla ortaq məxrəcə gələ bilmirik. Görünən odu ki, məşqdə olanları oyunda tətbiq edə bilmirik.

- Futbolçularda peşəkarlıq çatmır, ya "torba tikirlər"?
- Mən burda oynayanda bizim başımıza oyun gəlmişdi. “Şəmkir”lə oyundan əvvəl zəhərləmişdilər. Mən bu komandanı sevirəm. Bunu inkar edənlərin futboldan xəbəri yoxdu. Futbolçular təzyiqə davam gətirmir.

- Azarkeşlərin üstünə niyə şığıdız? Axı təmkinli insanlarsız.
- Tərbiyəsizlik insana təsir edir. Heç kimin buna haqqı yoxdu. Tərbiyəsiz söz dedilər. Şəxsiyyətə toxunmaq olmaz. Kimin hara gedəcəyinə rəhbərlik qərar verəcək. İnsan dediyi sözə görə cavab verməlidi.

- Niyə mövsümün əvvəli “Kəpəz” belə olur? Futbolçularda xarakter görünmür.
- Sualın cavabını özünüz verdiz.

- Qaranlığın sonunda işıq görürsüz?
- Çətin sualdı. Cavab verə bilməyəcəm.

- Mənasız təzyiq deyəndə nəyi nəzərdə tutursuz?
- Təzyiq olması normaldı. “Kəpəz” həmişə yüksəklərdə olub, zirvə uğrunda mübarizə aparıb. Çempionatın formatı dəyişib. Legionerlər çoxluq təşkil edir.Onlara aşılamaq lazımdı ki, “Kəpəz” nədi... Futbolçuları komandaya gətirmək çətindi. Sosial şəbəkələrdə də hamı tənqid edir, edəcək. Biz olduq, ya olmadıq... “Kəpəz” bundan da pis vəziyyətdə olub. “Kəpəz” düzələcək.

- Heyətin neçə faizini siz yığmısız?
- Oralara getməyək.

- Azər Bağırov göz yaşları ilə getmişdi. Ondan halallıq almışdız?
- İstəyirəm ki, heç kim gəldiyi yeri unutmasın.

- Getmək ehtimalınız neçə faizdi?
- Artıq realdı. Yəqin ki, olacaq (gülür).

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
12
football-plus.az

1Mənbələr