Misli Premyer Liqasının V turu çərçivəsində “Kəpəz” səfərdə “Qəbələ” ilə qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, Qəbələ şəhər stadionunda baş tutan oyunda ev sahibləri 3:0 hesablı qələbə qazanıblar.
Qolları Adriel Ba Loula (44-cü dəqiqə) və Prins Ovusu (59 və 67-ci dəqiqələr) vurub.
Bu nəticədən sonra “Qəbələ” xallarını 4-ə çatdırıb, “Kəpəz” isə hələ də xalsızdır.
Turun digər oyunlarında isə “İmişli” “Karvan-Yevlax”ı 3:0, “Zirə” isə “Şamaxı”nı 2:1 hesabı ilə məğlub edib.