Bakı. Trend:
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatı sonayaxınlaşır.
Trend xəbər verirki, yarışın səkkizinci günündə yunan-Roma güləşi üzrə 60, 67 və 87kq-da mübarizəyə start verilib.
Murad Məmmədov (63 kq) startda qırğızıstanlı Bayaman Kərimova8:5 hesabıyla qalib gəlib. Güləşçimiz növbəti görüşdə sonsaniyələrdə işlətdiyi fəndlə türkiyəli Kərəm Kamalı üstələyərək(5:3) adını 1/4 finala yazdırıb. Ancaq bu mərhələdə iranlı MohammadKeştkara uduzub – 0:8.
Həsrət Cəfərov (67 kq) venesuelalı Neyser Hidalqoya vəavstraliyalı Tsuçika Şimoyamadaya 9:0 hesabıyla qalib gələrək 1/4finala yüksəlib. Bu mərhələdə ermənistanlı Slavik Qalstyandan güclüolan (4:3) Həsrət yarımfinalda qırğızıstanlı Razzak Beyşekeyevləqarşılaşıb və 3:1 hesablı qələbəylə yenidən dünya çempionatınafinalına vəsiqə qazanıb. Cəfərov sabah həlledici qarşılaşmadairanlı olimpiya, dünya və Asiya çempionu Səid Esmailiylə üz-üzəgələcək.
İslam Abbasov (87 kq) belaruslu Stanislav Şafarenkanı (UWW) tamüstünlüklə (8:0) mübarizədən kənarlaşdırsa da, 1/8 finaldaqırğızıstanlı Asan Janişova 3:4 hesabıyla məğlub olub.