
“YouTube” Venesuela prezidenti Nikolas Maduronun hesabını bloklayıb.
Yeniavaz.com xəbər verir ki, səhifəni açmağa cəhd edərkən hesabın “istifadə qaydalarını pozduğuna görə” bloklandığı barədə mesaj görünür.
Venesuela liderinin” YouTube” kanalı hökumət və prezident tədbirlərinin gündəlik video yazılarını və yayımlarını dərc edir və 200 mindən çox abunəçiyə malikdir.