AZ

Dörd nəhəngin bir planı Bu dövlətlə bağlı hərəkətə keçildi

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

BMT Baş Assambleyası Fələstin Dövlətinin 80-ci sessiyada iştirakı ilə bağlı qətnamə qəbul edib. 145 ölkə qətnamənin lehinə, 5 ölkə əleyhinə səs verib, 6 ölkə bitərəf qalıb.

Qətnaməyə əsasən, Fələstin lideri Mahmud Abbas gələn həftə keçiriləcək yüksəksəviyyəli ümumi debatlar zamanı əvvəlcədən qeydə alınmış bəyanat vasitəsilə dünya liderlərinə müraciət edəcək.

Bu addım ABŞ-ın Fələstin lideri Mahmud Abbas və Fələstin Administrasiyasının yüksəkrütbəli rəsmilərinə BMT-nin illik toplantısı üçün Nyu Yorka səfər etmələrinə görə viza verilməsini qadağan etmək və mövcud vizaları ləğv etməklə bağlı qərarından sonra atılıb.

Qeyd edək ki, Böyük Britaniya, Fransa, Avstraliya və Kanada kimi bir neçə ölkə BMT Baş Assambleyasının qarşıdan gələn iclasları zamanı Fələstin Dövlətini rəsmən tanımaq planlarını elan ediblər.

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, təbii ki, bu təşəbbüslər Fələstin üçün ciddi siyasi divident və beynəlxalq dəstək deməkdir:

“Müxtəlif dövlətlərin Fələstin dövlətini tanıması və ya belə təşəbbüslərlə çıxış etməsi, bölgədəki siyasi balansın dəyişməsinə təsir göstərə bilər. Bu addımlar həmçinin Fələstin üçün diplomatik platformanı gücləndirir, beynəlxalq aləmdə daha çox legitimlik və nüfuz qazandırır. Həmçinin, bu təşəbbüslər Fələstinin öz müstəqillik və dövlətçilik iddialarını müdafiə etmək imkanlarını artırır, ona daha geniş siyasi manevr sahəsi yaradır.

Digər tərəfdən, bu proses İsrail üçün də əlavə təzyiq vasitəsi rolunu oynayır. İsrailin Fələstin məsələsində mövqeyini dəyişdirməsi və ya müəyyən güzəştlərə getməsi üçün beynəlxalq təzyiqin artması mümkündür. Lakin, İsrailin regiondakı mövqeyi və gücü nəzərə alındıqda, bu addımların təkbaşına məsələni həll etməsi mümkün görünmür. Gələcəkdə Fələstin dövlətini tanıyan ölkələrin sayının artacağı gözlənilsə də, İsrailin buna qarşı sərt mövqeyi və strategiyası hələ də prosesin çətin və mürəkkəb qalmasına səbəb olacaq. Bu baxımdan, təşəbbüslər müsbət diplomatik əhəmiyyət daşısa da, məsələni tam həll etmək üçün daha geniş və kompleks addımların atılması tələb olunur”.

Turan Rzayev

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
globalinfo.az

1Mənbələr