AZ

Prezidentlər təkbətək və geniş tərkibdə görüşdü – Foto


Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 20-də Ruanda Prezidenti Pol Kaqame ilə təkbətək görüşü olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Digər tərəfdən, Azərbaycan Prezidenti İlham Əliyev Ruanda Prezidenti Pol Kaqame ilə nahar əsnasında geniş tərkibdə görüşüb.
Yeniavaz.com xəbər verir ki, görüşdə dövlət başçıları Azərbaycan ilə Ruanda arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd ediblər, iki ölkənin iqtisadi-ticari, mədəni, humanitar sahələrdə də əməkdaşlığının buna uyğun surətdə inkişaf etirilməsinin zəruriliyini vurğulayıblar. Bu xüsusda ölkələr arasında energetika, kənd təsərrüfatı, turizm, tələbə mübadiləsi və "ASAN Xidmət" təcrübəsinin Ruandada tətbiq olunması məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Söhbət zamanı, həmçinin Azərbaycanla Ruanda arasında ikitərəfli hüquq-müqavilə bazasının genişləndirilməsi məsələsinə toxunulub.
Seçilən
48
22
yeniavaz.com

10Mənbələr