Prezident Vladimir Zelenski deyib ki, Rusiya lideri Vladimir Putin görüşə razılıq verməsə, ABŞ-dan Rusiyaya qarşı sanksiya təzyiqi artırılmalıdır.
Turkustan.az xəbər verir ki, bu barədə dövlət başçısı jurnalistlərlə söhbəti zamanı bildirib.
"Liderlərin görüşü olmasa və ya məsələn, atəşkəs olmasa, sanksiyalar gözləyirik. Yəni, bu, tərəflərin istəyindən asılıdır. Biz bu ideyanı dəstəkləyirik. Bunu bilirsiniz, bu, heç kimə sirr deyil. Müharibə davam edərsə və sülhə doğru hər hansı hərəkət olmasa, sanksiyalar gözləyirik", - Zelenski bildirib .
O qeyd edib ki, gələn həftə Nyu-Yorka planlaşdırılan ABŞ prezidenti Donald Trampla görüşdə bu məsələni qaldıracaq.
"Prezident Tramp Avropadan güclü addımlar gözləyir. Fikrimi bildirdim: Mənə elə gəlir ki, biz gözləsək, sanksiyalar tətbiq etməsək və ya ondan həqiqətən gözlədiyimiz bəzi addımları atmasaq, çox vaxt itirmiş oluruq. Təbii ki, biz bütün Avropanın Rusiyadan enerji resursları alan ölkələrə qarşı sanksiyalar tətbiq etməsini, tarif siyasətini gücləndirməsini dəstəkləyirik. Amma bütün bunları bağlamaq Putinin Ukraynaya təzyiqini yavaşlatmaq deməkdir".
O, bir daha Vladimir Putinlə görüşə hazır olduğunu vurğulayıb.
"Biz Putinlə görüşə hazırıq. Mən bu barədə danışdım. Həm ikitərəfli, həm də üçtərəfli. O, hazır deyil", - dövlət başçısı qeyd edib.
Aytən Yaşar/ Turkustan.az