Almaniya vətəndaşları arasında Kansler Fridrix Mertsin fəaliyyətindən narazılıq səviyyəsi rekord həddə çatıb.
"Ölkə.az" xəbər verir ki, "Bild"in sifarişi ilə INSA sosioloji institutunun keçirdiyi sorğuya əsasən, hazırda almanların 62%-i hökumət başçısının fəaliyyətini mənfi qiymətləndirir.
Respondentlərin yalnız 26%-i Almaniya Mertsin fəaliyyətindən razı qaldığını bildirib.
Qeyd edək ki, iyunun əvvəlində kanslerə etimadın qısamüddətli artması müşahidə olunub, lakin daha sonra onun reytinqi sürətlə aşağı düşüb və yeni rekord minimuma çatıb.(oxu.az)