AZ

İsveç Azərbaycanda sərmayəsini xeyli artırıb

Cari ilin ilk altı ayı ərzində İsveçdən Azərbaycana birbaşa xarici investisiyaların həcmi 26,5 milyon dollar təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir.

Məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 25,5 milyon ABŞ dolları və ya 27,7 dəfə çoxdur.

Hesabat ilində Azərbaycana qoyulan birbaşa xarici investisiyaların ümumi həcmində İsveçin payı 0,8 faiz təşkil edib.

2024-cü ilin ilk 6 ayı ərzində İsveçdən Azərbaycana birbaşa xarici investisiyaların həcmi 955 min dollara bərabər olub.

Cari ilin birinci yarısında Azərbaycanın iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyaların həcmi 3 milyard 222 milyon ABŞ dollarını ötüb. Bu isə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 244 milyon 295 min ABŞ dolları və ya 8,2 faiz çoxdur.

Hesabat dövründə Azərbaycandan xarici ölkələrin iqtisadiyyatına yönəldilən birbaşa investisiyaların həcmi isə 1 milyard 350 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin ilk 6 ayı ilə müqayisədə 351 milyon 561 min ABŞ dolları və ya 35,2 faiz çoxdur.

AzPost.az

Seçilən
23
azpost.info

1Mənbələr