AZ

Ruslar kütləvi şəkildə xarici avtomobil alır - SƏBƏB

Rusiyada utilizasiya rüsumunun artırılması xəbərləri fonunda insanlar avtomobil almağa başlayıblar: son bir həftədə diler salonlarında satışlar 36% artıb.

Azreform.info  News.ru-ya istinadən xəbər verir ki, bunu “Rolf” şirkətinin yeni avtomobillərin satışı departamentinin direktoru Nikolay İvanov bildirib.

Onun sözlərinə görə, paralel idxal olunan avtomobillərin həcmi 55% artıb.

“Əminliklə deyə bilərəm ki, yeni avtomobillərə tələbat son günlərdə kəskin şəkildə yüksəlib. Bu da utilizasiya rüsumunun yeni hesablanma formulu barədə mediada yayılan xəbərlərlə bağlıdır”, – deyə İvanov qeyd edib.

Mənbələrin məlumatına görə, xaricdən gətirilən avtomobillərə tələbat 300% artıb. Ruslar Yaponiyadan, Cənubi Koreyadan və Almaniyadan son əlçatan xarici avtomobilləri kütləvi şəkildə alır. Hazırda paromlarda və gömrük rəsmiləşdirməsində böyük növbələr müşahidə olunur.

Seçilən
10
2
azreform.info

3Mənbələr