AZ

Paşinyandan ermənilərə Ağrı dağı DƏRSİ - “Onlar bilmirlər ki...”

Ermənistanın Baş naziri Nikol Paşinyan uşaqların Ağrı dağının coğrafi yerləşməsinə təəccüblənməsi ilə bağlı hekayə danışıb.

Turkustan.az xəbər verir ki, siyasətçinin sözlərindən "Ateo Breaking" "Telegram" kanalı sitat gətirib.

Paşinyan danışıb ki, tonqal yanında olan bir qrup uşağa yaxınlaşaraq onlardan Ermənistanın ən hündür dağının adını soruşub.

"Uşaqların 70%-i Ararat (əsl adı: Ağrı dağı) deyə cavab verdi. Onlar hətta Araratın Ermənistanda olmadığını bilmirlər. Hətta bizimlə ünsiyyətdə olan bir çox ermənilər də bunu bilmirlər, çünki biz belə danışırıq", - o izah edib.

Paşinyan vurğulayıb ki, Araratın Türkiyədə yerləşməsi barədə məlumatsızlıq hətta böyüklər arasında da geniş yayılıb.

"Sonra öyrənirlər, təəccüblənirlər — necə yəni Ararat Ermənistan Respublikasının ərazisində deyil? Onlar bizim haqqımızda nə düşünürlər?", - Baş nazir qeyd edib.

Sentyabrın 17-də Ermənistanın xüsusi tapşırıqlar üzrə keçmiş səfiri Edmon Marukyan hazırkı hakimiyyətin qərarı ilə Ağrı dağının Ermənistanın dövlət gerbindən çıxarılmasının mümkünlüyünü açıqlayıb./publika.az

Seçilən
38
4
turkustan.az

5Mənbələr