AZ

Biləsuvarda ağır qəzada motosikletçi öldü

Biləsuvar rayonunda ağır yol-nəqliyyat qəzası baş verib. 

"Unikal" xəbər verir ki, hadisə rayon mərkəzindən keçən dolama yolda qeydə alınıb. 

Belə ki, motosikletə minik avtomobilinin toqquşması nəticəsində motosikletin sürücüsü, 1992-ci il təvəllüdlü Tağıyev Tamerlan Zakir oğlu ölüb. 

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev

Seçilən
54
7
unikal.az

10Mənbələr