AZ

Ağ Ev: ABŞ yaxın günlərdə TikTok-la bağlı Çinlə razılaşma imzalayacaq

ABŞ administrasiyası yaxın günlərdə sosial media platforması TikTok-la bağlı Çinlə razılaşmanın imzalanacağına tam əmindir.

“İki sahil” xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt açıqlayıb.

“Biz 100% əminik ki, saziş hazırdır. İndi sadəcə onun imzalanması lazımdır və prezidentin komandası çinli həmkarları ilə bunun üzərində işləyir”, – o bildirib.

Livitt həmçinin qeyd edib ki, sazişin “yaxın günlərdə” imzalanması gözlənilir.

Seçilən
21
6
ikisahil.az

8Mənbələr