AZ

Rusiya dronları Polşada hansı obyektləri hədəfə alıb?

Sentyabrın 10-na keçən gecə Polşa səmasının ən gərgin nöqtəsi "Rzejov" (Jasionka) hava limanı olub.

Modern.az-ın məlumatına görə, “Der Spiegel” yazır ki, Polşa ordusunun məhv etdiyi beş Rusiya dronu məhz bu hava limanını və yaxınlıqdakı logistika mərkəzini hədəf alıb.

NATO mənbələrinə istinadən bildirilir ki, dronlar Polşa sərhədini Belarus tərəfdən keçib. Onların vurulması əməliyyatında Niderlandın F-35 qırıcıları iştirak edib.

Rzejov hava limanı Qərbin Ukraynaya hərbi yardımının əsas tranzit qapısı sayılır. Buradan silah və sursat daşımaları həyata keçirilir. Almaniya yanvar ayından etibarən ərazidə iki “Patriot” zenit-raket kompleksi yerləşdirib. Hava limanı Ukrayna sərhədindən cəmi 70 km məsafədədir.

“Der Spiegel” yazır ki, həmin gecə Polşa ərazisində ümumilikdə 20-dən çox pilotsuz uçuş aparatı qeydə alınıb. Hadisə ilə bağlı Almaniya kansleri Fridrix Merz dərhal məlumatlandırılıb və səhər hökumət müşavirəsində məsələ müzakirə olunub. Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, Rusiya bu hücumlarla “NATO-nu sınağa çəkir”.

Qeyd edək ki, hadisə zamanı Rzeszów-Yaşonka hava limanı müvəqqəti bağlanıb, daha sonra Lublin üzərindəki hava məkanında da məhdudiyyətlər tətbiq olunub.

Seçilən
3
1
modern.az

2Mənbələr