AZ

İspaniyada meşə yanğınları söndürmək üçün qoşunlar cəlb olunub

Bakı. Trend:

İspaniyanın şimal-qərbində quru hava şəraiti və yüksəktemperatur səbəbindən başlayan iki meşə yanını ilə mübarizə davamedir.

Trend xəbər verirki. bu barədə AFP məlumat yayıb.

Qoşunların dəstəklədiyi yanğınsöndürənlər şənbə günü QalisiyanınLuqo əyalətində cümə axşamı başlayan və artıq 1400 hektar əraziniməhv edən yanğının söndürülməsi üçün 82 ekipaj və 25 təyyarə iləçalışıblar.

Eyni zamanda, qonşu Orense əyalətində 34 ekipaj və 17 təyyarətəxminən 240 hektarı əhatə edən digər yanğınla mübarizə aparıb.

Xatırladaq ki, bu yay İspaniyanın qərbi və şimal-qərbi, həmçininqonşu Portuqaliya dağıdıcı meşə yanğınlarından ciddi zərər görüb.Avropa Meşə Yanğınları İnformasiya Sisteminin məlumatına görə, həriki ölkədə dörd nəfər həlak olub. İspaniyada cəmi bir neçə həftəərzində təxminən 330 min hektar, Portuqaliyada isə 250 min hektarayaxın ərazi yanıb.

Seçilən
12
1
az.trend.az

2Mənbələr