AZ

Goranboyda qadın qətlə yetirildi: həyat yoldaşı saxlanıldı

Goranboyda qadın qətlə yetirilib, şübhəli şəxs qismində həyat yoldaşı saxlanılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb.

Kənd sakini, 1989-cu il təvəllüdlü İ.Əliyeva ailə münaqişəsi zəminində bıçaqlanaraq qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun əri 1987-ci il təvəllüdlü Maşallah Əliyev saxlanılıb. Marqarita pizza

Bildirilir ki, iki övlad anası olan qadın uşaqların evdə olduğu zaman evdə bıçaqlanıb.

Faktla bağlı Goranboy rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.


Telegram kanalımız
Seçilən
28
5
yenisabah.az

7Mənbələr