AZ

Gecikmiş kreditə nə qədər və hansı müddətdə cərimə tətbiq edilə bilər?VİDEO

Kredit gecikmələrinə görə tətbiq edilən cərimənin məbləği ümumi borcun əhəmiyyətli hissəsinə çevrilə bilir. Vətəndaşın onsuz da ödəyə bilmədiyi kredit borcunun məbləği cərimə faizlərinə görə daha da artır. Maraqlıdır, bəs qanunla ödənişin gecikməsinə görə hansı miqdarda və müddətdə cərimə tətbiq edilə bilər?

Xezerxeber.az-ın məlumatına görə, iqtisadçı Xalid Kərimli deyir ki, əgər vətəndaş istehlak krediti götürübsə, bu zaman 5% əlavə cərimə təyin edilə bilər.

Onun sözlərinə görə, hazırda Mərkəzi Bankın uçot dərəcəsi 7 faizdir. Üzərinə 2 faiz gəlməklə biznes kreditlərinə sadəcə 9 faizə qədər gecikdirmə faizi tətbiq edilə bilər.

Cərimə faizləri də kredit müqavilələrində mütləq qeyd edilməlidir. 

Yeri gəlmişkən qeyd edək ki, Mərkəzi Bankın bu ilin iyul ayının sonuna olan məlumatına görə, ölkədə kredit təşkilatlarının verdikləri borcların 529,4 milyon manatının ödəniş vaxtı keçib. Bu göstərici bir il əvvəllə müqayisədə 7 faiz və ya 34,7 milyon manat çoxdur.

 Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
17
xezerxeber.az

1Mənbələr