Misli Premyer Liqasının V turunun növbəti oyununda "Kəpəz" səfərdə "Qəbələ" ilə qarşılaşıb.
Azreform.info xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan matçda ev sahibləri 3:0 hesablı qələbə qazanıb.
Qolları Adriel Ba Loula (44) və Prins Ovusu (59, 67) vurublar.
"Qəbələ" xallarının sayını 4-ə çatdırıb. "Kəpəz" isə xalsızdır.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "İmişli" "Karvan-Yevlax"ı 3:0, "Zirə" isə "Şamaxı"nı 2:1 hesabı ilə üstələyib.