Xankəndi, 20 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Xankəndi şəhərində təhsil almaq, gələcəyimizi qurmaq dövlət suverenliyinin bərpasının nəticəsidir. Bu şəhərdə şəhidlərimizin qanı bahasına əldə olunmuş suverenliyimizin dəyərini daha dərindən hiss edirəm.
Bunu Xankəndidə AZƏRTAC-ın bölgə müxbirinə şəhər sakini, Qarabağ Universitetinin tələbəsi Altay Abbaslı deyib. Mən hərbçi övladı kimi Xankəndi şəhərində təhsil almaqdan, bugünkü tədbirdə iştirak etməkdən qürur duyuram. Xalqımızı Suverenlik Günü münasibətilə Xankəndi şəhərindən təbrik edirəm”, - deyə Altay Abbaslı deyib.