AZ

ABŞ-ın Aİ-nin daxili işlərinə qarışması narazılıq doğurur

ABŞ-ın Aİ-nin daxili işlərinə qarışması narazılıq doğurur

Bəzi Avropa ölkələri ABŞ-ın daxili siyasətlərinə təsir göstərmək cəhdlərindən narahatdırlar.

AFN.az-ın xəbərinə görə, "The New York Times" yazır ki, Vaşinqton Rumıniya, Polşa və Almaniyada sağçı partiyalarla fəal işləyir.

Avropa rəsmiləri həmçinin ABŞ-ın Rumıniya və Fransa məhkəmələrinə yönəlik kəskin tənqidlərinə etiraz ediblər. Onlar bildiriblər ki, prezident Donald Tramp və komandası tərəfindən edilən belə “açıq müdaxilə” müttəfiqlər arasında qəbul olunmuş normaları pozur.

Bununla belə, Brüssel təhlükəsizlik səbəblərinə görə ABŞ-la əməkdaşlığı davam etdirmək niyyətindədir. Avropa liderlərinin bir çoxu isə ictimaiyyət qarşısında Trampa loyal görünməyə çalışsa da, kulis arxasında Vaşinqtonun bu siyasətindən narazılıq ifadə edirlər.

Seçilən
28
afn.az

1Mənbələr